“Rumıniya Cənub Qaz Dəhlizinin inkişafını dəstəkləyir” – Virgil Popesku

 

Rumıniya Cənub Qaz Dəhlizinin inkişafını dəstəkləyir və təchizat marşrutlarının şaxələndirilməsi üçün Türkiyə ilə tərəfdaşlığı təşviq edir.

Xarici mətbuatın verdiyi məlumata görə, bunu Rumıniyanın energetika naziri Virgil Popesku İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra bildirib.

Onun sözlərinə görə, hazırkı geosiyasi və təhlükəsizlik kontekstində tərəfdaşlıq prioritetdir və enerji resurslarından şantaj silahı kimi istifadə edilməməlidir.

Nazir bildirib ki, o, enerji sahəsində Rumıniya ilə Türkiyə arasında Strateji Tərəfdaşlıq çərçivəsində əməkdaşlığın gücləndirilməsinə diqqət ayırıb: “Mövcud geosiyasi və təhlükəsizlik kontekstində tərəfdaşlıq prioritet məsələdir və enerji resurslarından şantaj silahı kimi istifadə edilməməlidir”.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Azərbaycanın “mavi yanacağı” TANAP vasitəsilə Türkiyə bazarına, TAP vasitəsilə Avropa bazarına ötürülür. Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr qazın ötürülməsi nəzərdə tutulur. Cənub Qaz Dəhlizinin ümumilikdə ötürülmə gücü 31,5 milyard kubmetrə çatdırılacaq.

Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə 2018-ci il iyunun 30-da, Avvropaya isə TAP vasitəsilə 2020-ci il dekabrın 31-də başlanılıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password