DÇ-2022: Final mərhələsinin püşkü atılıb

 

Futbol üzrə 2022-ci il dünya çempionatının final mərhələsinin püşkü atılıb.

Qətərin paytaxtı Dohada baş tutan mərasimdə qrupların tərkibi müəyyənləşib.

Mərasimdə püşkü dünya futbolunun tanınmış simalarının da yer aldığı 8 veteran oyunçu çəkib. Onların arasında İran millisinin Azərbaycan əsilli sabiq hücumçusu Əli Daei də olub.

A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland

B qrupu: İngiltərə, İran, ABŞ, Şotlandiya / Ukrayna – Uels cütünün qalibi

C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa

D qrupu: Fransa, Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya – Peru cütünün qalibi, Danimarka, Tunis

E qrupu: İspaniya, Yeni Zelandiya – Kosta-Rika cütünün qalibi, Almaniya, Yaponiya

F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya

G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun

H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya

Dünya çempionatının təqvimi matçların stadionları və başlama saatları bilinəndən sonra təsdiqlənəcək.

Hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-of mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək.

Avropa zonası üzrə Şotlandiya – Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password