Kremlin daha bir təbliğatşısı həddini aşdı – Bakını “Kalibre” və “İskəndər”lərlə təhdid etdi

 

Rusiya siyasi elitasından Azərbaycana qarşı daha bir hədə səsləndirilib. 

Kremlin təbliğat ruporlarının ən parlaq “ulduzlarından” biri, Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin keçmiş müavini Aleksandr Şerin Azərbaycanı və Yaponiya haqqında ittihamlar səsləndirib:

“Kimsə Rusiyanın güclü və zəif tərəflərini hiss etməyə çalışırsa, o zaman yaxşı işləyən “Kalibre” və “İskəndər”lər hiss edəcəklər. Hazırki prosesdə fürsətdən istifadə edən bəzi dövlətlər hiyləgərcəsinə Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır. Bəzi həll olunmamış ərazi məsələləri ilə bizi şantaj edirlər. Bununla bağlı həm Yaponiyadan, həm də Azərbaycanın nazirlik və idarələrindən müvafiq bəyanatlar verilir. Mən Tokio və Bakıya xəbərdarlıq edirəm. Rusiyanın müxtəlif istiqamətlərdə və dövlətinin sərhədlərində öz ölkəsinin tam təhlükəsizliyini təmin etmək üçün bütün qüvvə və vasitələri var. Əgər kimsə bizim döyüş effektivliyimiz və dövlətimizin Ukrayna istiqamətində qüdrəti barədə nəticə çıxarmağa çalışırsa, demək istəyirəm ki, ehtiyatlar hətta cəlb olunmayıb, ən güclü silah növləri isə hələ istifadə olunmayıb” -deyə, keçmiş deputat deyib.

Ətraflı videoda:

 

Xatırladaq ki, bu, son günlər Rusiyadan Azərbaycana qarşı səsləndirilən ikinci hədədir. Budan əvvəl Dövlət Dumasının üzvü Mixail Delyagin həddini aşaraq “Rossiyya 24” dövlət televiziyasındakı çıxışında Bakının neft infrastrukturunu nüvə bombaları ilə vurmağa çağırış etmişdi. Bu axmağın bəyanatı Rusiya prezidenti V.Putinin köməkçisi Dmitri Peskov və Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova tərəfindən yolverilməz adlandırılmışdı.

Daha sonra M.Delyaginə başından böyük qələt elədiyi başa salınaraq Azərbaycandan üzr istəməyə məcbur edilmişdi. Buna baxmayaraq Azərbaycanın Baş Prokurorluğu onun barəsində 3 maddə ilə cinayət işi açıb, beynəlxalq axtarışa verib.

Görünür, Aleksandr Şerin bundan dərs almaq qabiliyyətində deyil. Odur ki, ona da həddini aşdığını başa salmaq, söylədiyinə görə Azərbaycandan üzr istəməyə məcbur etmık lazımdır./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password