Ukrayna müharibəni Rusiya ərazisinə keçirir – – Vertolyotlar neft bazasını belə vurdu

 

Ukrayna ordusu Rusiyanın bu ölkə ərazisində neft bazalarına ardıcıl olaraq raket zərbələri endirməsinin qisasını almaq üçün uğurlu əməliyyat keçirib. Belə ki, ötən gecə Ukrayna Hərbi Hava Qüvvələrinin iki vertolyotu aşağı hündürlükdə uçaraq Rusiyanın sərhədə yaxın Belqorod şəhərindəki iri neft bazasına raket zərbələri endirib. Zərbələr nəticəsində bazada güclü yanğın başlayıb və hələ də davam edir.

Ukrayna vertolyotlarının neft bazasına necə zərbə endirdiyi videomüşahidə kameraları tərəfindən qeydə alınıb. Belqorod qubernatoru Vyaçeslav Qladkov bu gün səhər jurnalistlərə bildirib ki, neft bazasının partladılması nəticəsində vilayətdə yanacaq qıtlığı gözlənilmir. Hakimiyyət yanacaqdoldurma məntəqələri üçün logistika zəncirini dəyişir.

Qubernator deyib ki, yanacaq bazasına yaxın küçələrdən sakinlər təxliyyə olunur və “Belqorod-Arena” stadionunda yerləşdiriləcək. Yanğın söndürüləndən sonra onlar evlərinə qayıda bilərlər. Qladkov bazada yanğının “aşağı hündürlükdən uçan iki Ukrayna vertolyotunun Rusiyanın hava məkanına daxil olması və zərbə endirməsi nəticəsində baş verdiyini” bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password