Qədr gecələrinin vaxtı açıqlandı (TƏQVİM)

 

Ramazan ayının Qədr (Əhya) gecələrinin vaxtı açıqlanıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvimində qeyd edilib.

Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni aprelin 19-a təsadüf edəcək.

Belə ki, aprelin 21-i (Ramazan ayının 20-dən 21-nə keçən gecə), 23-ü (Ramazan ayının 22-dən 23-nə keçən gecə) və 27-də də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) Qədr gecələri olacaq.

Qeyd edək ki, Ramazan ayı Azərbaycanda aprelin 2-də başlayacaq. Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramı olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin tərəfindən təsdiqlənən təqvim aşağıdakı kimidir:

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password