General: Məni girov götürün, uşaqları buraxın

 

Polis generalı Vyaçeslav Abroskin Mariupoldan uşaqların təxliyəsi müqabilində özünü rus əsgərlərinə girov kimi təqdim edib.

Bu barədə o, Facebook səhifəsində yazıb.

“Bu gün tamamilə dağıdılmış şəhərdə çoxlu uşaq qalıb ki, onları indi xilas etməsələr, yaxın günlərdə öləcəklər. Mən rus əsgərlərinə müraciət edirəm – onlara fürsət verin Mariupoldan çıxsınlar, hələ də sağ qalan uşaqların əvəzinə özümü təklif edirəm. Bəli, uşaqları toplamaq və onların çıxarılmasını təşkil etmək üçün məni Mariupola buraxmağınızı xahiş edirəm. Mənə üç gün lazımdır. Qayıdış zamanı sonuncu keçid məntəqəsində mən təslim olacağam”, – o yazıb.

Abroskin xatırladıb ki, o, polis generalıdır və 2014-2018-ci illərdə Donetsk vilayətində rus əsgərlərinə qarşı vuruşub.

“Mən sizin sanksiya siyahılarınıza daxil edilmişəm. Axtarış siyahınızdayam. Məni öldürmək üçün sui-qəsd təşkil etmisiniz. Mən məşhur Azov alayına bəlkə də ən yaxın olan generalam. Bu, mənim şəxsi təşəbbüsümdür. Mənim həyatım tək mənə məxsusdur və mən bunu hələ də Mariupolda qalan uşaqların həyatı müqabilində təklif edirəm”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password