“Bu gün ilk növbədə ərzaq tədarükünün sabitliyi təmin edilməlidir” – Ekspert

 

“Bu gün hökumətinin əsas məqsədi daxili bazarı xarici təsirlərdən qorumaqla zəruri ərzaq məhsullarının təminatının və qiymətlərin sabitliyini təmin etmək olmalıdır”.

Bunu açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.

“Azərbaycan zəruri ərzaq məhsullarının bir hissəsini xaricdən alır. Ona görə dünya bazarından cərəyan edən proseslərin müəyyən mənada bizə də təsirləri qaçılmazdır. Qlobal miqyasda ərzaq məhsullarının qiymət artırmı gedir. Bunun bir sıra səbəbləri var, o cümlədən anomal hava şəraiti, koronavirusdan dolayı iqtisadi aktivliyin aşağı düşməsi, tədarük zəncirinin sıradan çıxması, enerji daşıyıcılarının kəskin bahalaşması və son olaraq Rusiya-Ukrayna münaqişəsi. Yəni, mövcud durumda daxili bazar üçün yarana biləcək xarici təhdidlərin minimuma endirilməsi prioritet olaraq qalır. Bu günə kimi hökümətin bu istiqamətdə sərgilədiyi strategiya zamanlama baxımından və mahiyyət etibarı ilə maksimal dərəcədə effektiv olub. Nazirlər Kabinetinin ötəngünki qərarı da bu mənada istisna deyil”, – o bildirib.

Ekspert hesab edir ki, hökumətin bu cür qabaqlayıcı addımları zəruri ərzaq məhsulu ilə bağlı təminatda yayarana biləcək problemləri minimuma endirmək baxımından çox əhəmiyyətli olacaq:

“Nazirlər Kabinetinin “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” dünənki qərarı ölkənin ərzaq təhlükəsizliyin təmin olunması baxımından çox düzgün və əhəmiyyətli addımdır. Bu gün əsas prioritet daxili bazarı və bununlada da əhalinin rifahını xarici faktorların mənfi təsirlərindən qorumaq olmalıdır. Hökümətin son addımları məhz bu məqsədin reallaşmasına yönəldilib. Buna ixraca qadağa kimi deyil, proseslərə operativ müdaxilə etmək və etibarlı tənzimləmə mexanizlərinin formalaşdırılması kimi baxmaq lazımdır. Bu gün qeyri-neft sektorunun sürətli inkişafı, neftin qiymətlərinin ölkəmiz üçün komfortlu olması, Azərbaycanın artan strateji valyuta ehtiyyatları, effektiv büdcə planlaması istənilən xarici çağırışlara operativ və effektiv cavab verməyə imkan verir. Bu mənada Azərbaycanın tədarük zəncirində yarana biləcək qırılmaları alternativ kanallar hesabına operativ şəkildə bərpa etmək, daxili resurları səfərbər etməklə yarana biləcək boşluqları doldurmaq imkanları heç zaman olmadığı qədər genişdir”./report.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password