Sanksiyalar İrəvanı da silkələyir: sülh sazişi imzalamasa…

 

Xarici işlər naziri Ararat Mirzoyanın Antalya Diplomatiya Forumunda iştirakı 2008-ci ildən bəri Ermənistandan Türkiyəyə edilən ilk yüksək səviyyəli səfər idi. Mirzoyan Türkiyə ilə münasibətlərin normallaşmasını, sərhədlərin açılmasını və diplomatik münasibətlərin yenidən qurulmasını istədiklərini qeyd etdi. O, eyni zamanda aparılan araşdırmaların, sorğuların nəticələrinin də bu istiqamətdə olduğunu bildirdi. Lakin Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması həm də İrəvan və Bakı arasında yekun sülh müqaviləsinin imzalanmasına gedən proseslərin inkişaf istiqamətindən asılıdır. Yalnız Qarabağdakı separatçı ünsürlərin tamamilə çıxarılması və Zəngəzur dəhlizinin açılması bölgədə dayanıqlı sülh və sabitlik mühitinin formalaşmasına imkan yarada bilər.

Bu sözləri açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin professoru Kürşad Zorlu deyib.

Professor Rusiyaya qarşı sanksiyaların Ermənistana da öz təsirini göstərməyə başladığını bildirib:

“Qərbin Rusiyaya sanksiyaları onun iqtisadiyyatı ilə bağlı olan digər ölkələrə də öz təsirini göstərəcək. Bunlardan biri də Ermənistandır. Ermənistan eyni zamanda Rusiyanın lider olduğu Aİİ-nin üzvüdür. Erməni dramı son günlərdə ABŞ dolları qarşısında 10 faizə yaxın dəyər itirib. Ölkə qida təminatı məsələsində Rusiyaya bağlıdır. Belə ki, Ermənistan ölkədə istehlak olunan taxılın 70 faizini xaricdən idxal edir. İdxal edilən taxılın da 99 faizi Rusiyadan alınır. Rusiya bir neçə gün əvvəl Aİİ ölkələrinə taxılın ixracını dayandırdı. Sözügedən şərtlər və Xankəndidəki separatçıların vəziyyəti də Ermənistanı daha çətin problemlərlə üzləşdirəcək. Artıq oradakı erməni əhalisinin sayı azalır. Üstəlik beş illik müddət bitdikdən sonra Laçın dəhlizi ancaq Zəngəzur dəhlizi açıq olarsa, yaşamaq hüququ qazanacaq.

Digər tərəfdən Ukrayna müharibəsinin başlaması və Rusiyanın enerji sektoruna sanksiyalar Azərbaycanın imkanlarını genişləndirə bilər. Burada rəsmi İrəvan iki əsas məqamı diqqətdən qaçırmamalıdır: Birincisi, iqtisadi problemlərin dərinləşməsi, ikincisi də yeni enerji və nəqliyyat xətlərinin önə çıxmasıdır. Hər iki halda da bölgənin bütün imkanlarından istifadə məsələsi kritik şəkildə gündəmə gələcək. Dolayısı ilə Ermənistan hökuməti Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması prosesini baltalamaqdan və sərhəddə, həm də Qarabağdakı təxribat törətməkdən əl çəkməsə, iqtisadi baxımdan ağır sınaqla üzləşəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password