Bəşər Əsəd Ukraynaya 40 min yaraqlı göndərir – Kəşfiyyat açıqladı

 

Suriyalı muzdlular Rusiya tərəfində müharibədə iştirakı Avropa Birliyinə qeyri-qanuni miqrasiya şansı kimi görürlər.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Mərkəzi Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, Rusiyanın Suriyadakı Xmeymim hərbi bazasının komandanlığına hər gün 300-ə qədər yaraqlını Ukraynaya göndərmək tapşırılıb. Bildirilib ki, martın 15-də Ukraynaya qarşı döyüşlərdə iştirak etmək üçün Xmeymim hərbi bazasından Rusiyaya 150 muzdlu göndərilib.

Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, Rusiya qüvvələrinə dəstək məqsədilə yaxın vaxtlarda Suriyadan Rusiya və Belarusa silah, hərbi texnika və digər resursların daşınması planlaşdırılır. Suriya Prezidenti Bəşər Əsəd Rusiyaya Ukraynadakı müharibə üçün 40 min yaraqlı təmin edəcəyinə söz verib.

“İşə qəbul zamanı muzdlulara söz verilir ki, onlar işğal olunmuş ərazilərdə asayişi bərpa etmək üçün müstəsna olaraq polis funksiyasını, yəni sırf polis funksiyasını yerinə yetirəcəklər. Amma son vaxtlar muzdlular arasında Ukrayna ordusuna qarşı döyüş əməliyyatlarında birbaşa iştirakla bağlı məlumatlar yayılmağa başlayıb. Bu, suriyalıların “döyüş ruhunu” xeyli azaldıb”, kəşfiyyatın məlumatında deyilib.

Bundan əlavə, Ukraynaya qarşı döyüşlərdə yaralanan 30-dan çox silahlı bu yaxınlarda Rusiyadan Xmeymim hərbi bazasına aparılıb. Bu, digər muzdluların mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərib, onların bəzilərinin döyüş əməliyyatlarında iştirak etməkdən imtina etməsinə səbəb olub. Hətta suriyalı yaraqlılar arasında özünü şikəst etmə halları da qeydə alınıb. Bəzi muzdlular isə Rusiya və Belarusa göndərilməsini AB ölkələrinə qeyri-qanuni miqrasiya şansı kimi görürlər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password