Aşkar vəhşilik və faşizm: ruslar Mariupolu yer üzündən silir

 

Ukraynada martın 1-dən etibarən Rusiya ordusunun mühasirəsində olan Azov şəhəri yer üzündən silinir. Müharibədən əvvəl 400 minə yaxın sakini olan bu şəhərdə bombardmanlar və artilleriya-raket zərbələri nəticəsində ölən dinc sakinlərin sayı 2500-i keçib. Şəhərdə salamat bina demək olar qalmayıb və humanitar fəlakət yaşanır. Çünki Rusiya qoşunları nə dinc sakinlərin şəhəri tərk etməsinə, nə də şəhərə humanitar yardım karvanının daxil olmasına imkan vermir.

Ukrayna prezidenti Ofisinin nümayəndəsi Aleksey Arestoviç bu gün, martın 14-də, keçirdiyi brifinqdə bildirib ki, şəhərdə olduqca mürəkkəb, fəlakətli vəziyyət yaranıb və işğalçılar Mariupolu sadəcə olaraq yer üzündən silir.

“Ruslar şəhəri sadəcə olaraq yer üzündən silir. Bizim hərbçilərimiz uğurlar əldə ediblər, dünən onlar zirehli tank qruplaşmasının şəhərə daxil olmaq cəhdinin qarşısını növbəti dəfə alıblar, əsirlər götürüblər. Lakin məsələ bundadır ki, ruslar sadəcə olaraq şəhəri yer üzündən silir. 2500-dən çox öldürülən var, bu hələ rəsmi məlumatdır. Və bu fəlakətdir və dünya hələ də öz adekvat qiymətini verməyib”,-Arestoviç bildirib.

Prezident Ofisinin nümayəndəsi qeyd edib ki, dövlət başçısı Volodimir Zelenskinin son üç gündür gündəmində əsas yeri Mariupol tutur. Prezident şəhərə və onun əhalisinə qarşı törədilən bu aşkar vəhşiliklə bağlı beynəlxalq ictimaiyyəti, xarici ölkə rəhbərlərini səfərbər etməyə çalışır./virtualaz.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password