Ukrayna rusiyalı əsirləri analarına təhvil verəcək

 

Ukrayna hökuməti rusiyalı əsirləri analarına təhvil vermək qərarına gəlib.

Rusiyalı analar Ukraynada əsir götürülən oğullarının yanına gəlsələr, onları özləri ilə apara bilərlər.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

Məlumatda deyilir: “Hərbi əsirlərin anaları Ukraynaya gələrsə, əsirləri onlara təhvil vermək qərarına gəlib”.

Həmçinin rusiyalı əsirlərin analarının oğulları ilə bağlı Ukrayna hakimiyyəti ilə əlaqə saxlaya biləcəkləri telefonlar və elektron poçt ünvanı da dərc olunub.

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi ərazisini işğal edən Rusiya əsgərlərinin yaxınları üçün qaynar xətt açıb. Sonradan məlum olub ki, bu qaynar xətt vasitəsilə minlərlə rusiyalı qohumunu axtarır.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password