İlham Əliyev: “Bəyannamə Azərbaycan və Rusiya münasibətlərini müttəfiqlik səviyyəsinə çatdırır”
“Moskva Bəyannaməsi Azərbaycan və Rusiya münasibətlərini müttəfiqlik səviyyəsinə çatdırır. Bu, həm böyük imtiyazdır, həm də böyük məsuliyyət. Və biz bu günə qədər uzun müddətdir ki, inadla əməkdaşlıq potensialını genişləndiririk, səmimiyyət, mehriban qonşuluq, praqmatizm və qarşılıqlı maraqlara əsaslanan münasibətlər qururuq”.
Bu fikirləri Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
Azərbaycan lideri qeyd edib ki, bəyannamə ilə bağlı əməli işə cəmi bir ildən artıq vaxtdır başlanılıb. “Bu müddət ərzində hər iki ölkəninmüvafiq ekspert qrupları fəaliyyətimizin demək olar ki, bütün əsas sahələrini əhatə edən 43 bənddən ibarət çox geniş sənəd üzərində razılığa gəliblər”, – Dövlət başçısı vurğulayıb.