İlham Əliyevlə Vladimir Putin arasında təkbətək görüş keçirilir – “Tarixi sənəd imzalanacaq”

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 22-də Rusiya dövlətinin başçısı ilə təkbətək görüşü keçirilir.

Putin Əliyevlə görüşdə nədən danışıb:

▪️ Qarabağ ətrafında mübahisələr mövcuddur, üzərində işləmək lazım gələn məsələlər var, lakin prosesin sülh yolu ilə getməsi üçün hər şeyi edəcəyik, ticari-iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiyalrının inkişafına dair artıq müəyyən razılaşmalar mövcuddur.

▪️ Qarabağda problemlərin qalmasına baxmayaraq, bölgədə əhalinin təhlükəsizliyiinin təmin olunmasına dair müəyyən razılıqlar var.

▪️ Azərbaycanın qonşuları olan Rusiya və digər ölkələr Qarabağda nəqliyyat və ticarət əlaqələrinin bərpa olunmasında maraqlıdırlar.

▪️ Bizim iqtisadi əlaqələrimiz yaxşı şaxələndirilib, bu gələcəkdə irəliyə doğru addım atılması üçün zəmin yaradır.

▪️ Müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə münasibətlərin inkişafının yeni mərhələsidir.

Əliyev Putinlə görüşdə nədən danışıb:

▪️ Müttəfiqlik fəaliyyəti haqqında Bəyannamədə 40-dək müddəa mövcuddur, o qarşılıqlı fəaliyyətin geniş aspektlərini əhatə edir.

▪️ Sənəd birmənalı olaraq çox pozitiv əhəmiyyət daşıyacaq.

▪️ RF Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılmasında çox vacib rol oynayıb.

▪️ Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında, normal qonşuluq münasibətlərinin qurulmasında əsas rol oynayır.

▪️ Şadam ki, bizim təmaslarımız mütəmadi xarakter daşıyır və dinamik inkişaf edir.

 

Vladimir Putin isə öz növbəsində qeyd edib ki, Qarabağda nəinki orada yaşayan əhalinin təhlükəsizliyinin təminatına dair, eləcə də ticari-iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiyalarının inkişafı üçün artıq müəyyən razılaşmalar var. O, eləcə də qeyd edib ki, müəyyən mübahisələr, aparılmalı işlər var: “Prosesin sülh yolu ilə getməsi üçün, prosesdəki bütün tərəflərin maraqlarının təmin olunması üçün öz tərəfimizdən hər şeyi edəcəyik”.

İqtisadi əlaqələr

V.Putin görüşdə qeyd edib ki, Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri yaxşı diversifikasiya olunub, bu isə iki ölkə arasında münasibətlərin bundan sonra da inkişafı üçün zəmin yaradır.”Bizim iqtisadi əlaqələrimiz kifayət qədər yaxşı diversifikasiya olunub. Bu, bundan sonra da irəliləmək üçün yaxşı zəmin yaradır. Sizə həssas və mənim fikrimcə, Azərbaycan üçün də vacib olan humanitar məsələlərin, ilk növbədə rus dilinin dəstəklənməsi və inkişafına aid məsələlərin həllinə görə minnətdarıq.Bilirəm ki, Azərbaycanın 300 məktəbində rus dili aktiv şəkildə öyrədilir, biz, əlbəttə ki, bunu gələcəkdə də dəstəkləyəcəyik. Regional əlaqələr çox aktiv surətdə inkişaf edir”, – Rusiya Prezidenti bildirib.

Kremlin Rusiya-Azərbaycan danışıqları ilə bağlı materiallarında bildirilir ki, Azərbaycan və Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası aprel-may aylarında Bakıda keçiriləcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password