Qriqoryan BMT çətiri altında Azərbaycana hücum edir: onu niyə “dur” demirlər?

 

Bu şəxs BMT-nin İnkişaf Proqramının Şimali Makedoniya üzrə Rezident Nümayəndəsi Armen Qriqoryandır. 2021-ci ilin 11 oktyabr tarixində bu vəzifəyə təyin olunub. Armen 2015-ci ildən 2021-ci ilə – Şimali Makedoniyaya gedənə qədər BMT-nin İstanbul Regional Mərkəzində İnkişaf Proqramının İstanbul Regional Mərkəzində çalışıb.

Tərcümeyi-halına baxdıqda BMT-də “fəal əməkdaşlardan” olduğu görünür. Problem onun erməni olmasında yox, BMT-nin əməkdaşı olduğu halda Azərbaycan və Türkiyəyə qarşı təbliğat aparmasındadır.

44 günlük müharibədə Armen Qriqoryan sosial şəbəkələrdə aktiv şəkildə erməniləri müdafiə edir, Azərbaycan və Türkiyənin əleyhinə kampaniya aparırdı. Müharibədən öncə isə o, qondarma “dqr”ə səfərləri təbliğ edən materialları yayımlayıb.

Armen Qriqoryan bir erməni kimi bunu edə bilər, amma BMT əməkdaşı kimi yox.

Birincisi, bu, BMT-nin əməkdaşları üçün nəzərdə tutduğu etik kodeksə ziddir: kodeksdə bildirilir ki, “BMT İnkişaf Propqramında etika prinsipial olaraq, BMTİP-in və xidmət etdiyimiz ictimaiyyətin maraqlarını şəxsi maraqlarımızdan üstün tutmamaqdır” və s;

İkincisi, BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsi ilə bağlı 4 qətnaməsi var: qurumun əməkdaşı isə nəinki bu qətnamələri diqqətə almır, əksinə, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını dəstəkləyir, bununla bağlı təbliğat aparır;

A.Qriqoryanın əməkdaşı olduğu BMT prinsiplərini pozmasından sonra gözlənilən idi ki, onun fəaliyyətinə imkan verilməməli, yaxud ən azından tədbir görülməli idi. Lakin müharibədən sonra A.Qriqoryanın BMT-də vəzifəsi böyüdüldü: İstanbulda müşavir idisə, Şimali Makedoniyada Rezident Nümayəndə təyin olundu; Qriqoryan BMT çətirindən qalxan kimi istifadə etməklə Azərbaycan və Türkiyəyə qarşı fəaliyyətini qaldığı yerdən davam etdirir;

BMT-nin öz nizamnaməsini pozan əməkdaşı ilə bağlı tədbir görməsi hələ də gözlənti olaraq qalır. Azərbaycan və Türkiyənin BMT-dəki nümayəndəliyi də bu məsələni diqqətdə saxlamalı, ən azı Armenin fəaliyyətinin araşdırılmasını tələb etməlidir./publika.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password