Yoluxmaların artması vəziyyətin gərginləşməsi üçün zəmin yaradır – Rəşad Mahmudov
Son günlərdə koronavirusa yoluxmaların sayının artması ölkəmizdə də epidemioloji vəzityyətin gərginləşməsi üçün zəmin yaradır.
Bunn Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
R.Mahmudov bildirib ki, hazırkı durumda peyvənd çıxış üçün yeganə vasitədir.
“Dünyadakı gedişata baxdığımız zaman bu gün onu deyə bilərik ki, cəmiyyətin hər bir üzvü fərqindədir ki, peyvənd olunmaq və yaxud peyvənd olunduqdan altı ay keçdikdən sonra “buster” dozanın vurulması xəstəliklə mübarizə və ya yoluxduğumuz zaman bu xəstəliyi yüngül keçirməyimiz üçün əlimizdə olan tək vasitədir. Ona görə də mən cəmiyyətin hər bir üzvünün öz həyataları, sağlamlıqları, yaxınları naminə peyvənd işində aktiv iştirak etməsinin vacibliyini xatırlatmağı özümə borc bilirəm”, – deyə R.Mahmudov vurğulayıb.
O qeyd edib ki, yoluxmanın günlük sayının bu qədər çox artması və bununla belə, ətrafımızda, analiz verməsələr belə çoxlu qripal, üst-tənəffüs infeksiyalı insanların olması bir daha bizi daha ehtiyatlı olmağa məcbur edir.
“Bunlar içərisində də ən əsası preventiv tədbirlərə əməl etmək, onları gündəlik həyatımızda tətbiq etmək məsuliyyəti daşıyırıq, çünki nəzarətdən çıxa biləcək vəziyyətlər ölkənin səhiyyə sisteminə və eləcə də bütün qurumların işinə mənfi təsir etmə ehtimalı var”, – deyə R.Mahmudov əlavə edib.