Xəbərdarlıq edildi: “Rusiyaya qarşı sərt sanksiyalar edilsə…”

 

ABŞ-ın Rusiyaya qarşı tətbiq edilməsi ehtimal olunan sanksiyaları dünyada maliyyə böhranına səbəb ola və bu qlobal iqtisadiyyaya sarsıdıcı zərbə endirə bilər.

Bu barədə Qərb mediası yazır.

“New York Times” qəzetində dərc olunan məqalədə ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının maliyyə böhranına səbəb olacağı və qlobal iqtisadiyyata ciddi zərbə vura biləcəyi bildirilib.

Məqalədə Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlər inkişaf etmiş ölkələrin, xüsusən də Avropa ölkələrinin iqtisadiyyatlarını sarsıda, qlobal maliyyə sisteminin sabitliyini təhlükə altına qoya biləcəyi anons edilir.

Məqalədə deyilir: “ABŞ rəsmilərinin Rusiyaya qarşı tətbiq etməklə hədələdiyi son dərəcə sərt sanksiyalar yüksək inflyasiyaya, birjaların çökməsinə və digər maliyyə böhranına səbəb ola bilər”.

Məhdudiyyətlər milyarderlərdən tutmuş, dövlət məmurlarına və orta səviyyəli ailələrə qədər, amerikalıların özlərinə də zərər verəcək.

Qeyd edilir ki, Rusiyanın bu addımlara cavab verə, “Avropaya qaz tədarükünü məhdudlaşdırmaq” kimi addımlara gedə bilər. Məqalədə xatırladılıb ki, daha əvvəl Rusiya kimi böyük iqtisadiyyatı olan ölkələrə qarşı hərtərəfli sanksiyalar tətbiqinə cəhd edilməyib.

Qərb ölkələri Ukraynada gərginliyin artacağı təqdirdə Rusiyaya qarşı “görünməmiş sanksiyalar” tətbiq etməklə hədələyir.

“Royter” agentliyi Ağ Evdəki rəsmi mənbələrə istinadən daha əvvəl xəbər verib ki, məhdudiyyətlər maliyyə institutlarına, aerokosmik, dənizçilik, robot texnikası, süni intellekt, kvant hesablamaları və müdafiə sənayesi sektoruna təsir göstərə bilər.

Rusiya isə dəfələrlə Qərbin və Ukraynanın aqressiv hərəkətlərlə bağlı ittihamlarını rədd edərək, heç kimi təhdid etmədiyini və heç kimə hücum etməyəcəyini bəyan edib. Ruslar qeyd edirlər ki, “Rusiya təcavüzü” ilə bağlı bəyanatlar NATO tərəfindən Rusiya sərhədləri yaxınlığında daha çox hərbi texnika yerləşdirmək üçün bəhanə kimi istifadə edilib.

Qeyd edək ki, Moskva təhlükəsizlik zəmanəti ilə əlaqədar olaraq qərbdən NATO-nun şərqə doğru genişlənməsindən imtina edilməsinə dair hüquqi təminat tələb edir. Hərbi Alyans isə Şərqi Avropada hərbi mövcudluğunu artırmamağa davam edir./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password