Manat 4 əsas valyuta qarşısında BAHALAŞIB

 

2021-ci il ərzində Azərbaycan manatı ABŞ dollarının indeksini müəyyən edən 4 xarici valyuta qarşısında bahalaşıb.

Azərbaycan manatının dəyəri avro, İsveç kronu, İsveçrə frankı və yapon yeni qarşısında dəyəri artıb.

Belə ki, yanvar ayının 21-nə olan göstəricilərə əsasən, illik müqayisədə manat avro qarşısında 6,7 faiz, İsveç kronu qarşısında 9,7 faiz, İsveçrə frankı qarşısında 1,9 faiz, 100 yapon yeni ilə nisbətdə 9,1 faiz bahalaşıb.

İllik müqayisədə Azərbaycanın milli pul vahidi Kanada dolları və ingilis funt sterlinqi qarşısında 0,7 faiz ucuzlaşıb.

21 yanvar 2022-ci il tarixinə ABŞ dollarının indeksini təşkil valyutaların Azərbaycan manatına nisbətdə dəyəri aşağıdakı kimidir:

1 Avro – 1,9252 AZN;

1 Kanada dolları – 1,3570 AZN;

1 İsveç kronu – 0,1844 AZN;

1 İsveçrə frankı – 1,8567 AZN;

100 Yaponiya yeni – 1,4942 AZN;

1 İngiltərə funt sterlinqi – 2,3109 AZN.

21 yanvar 2021-ci il tarixinə ABŞ dollarının indeksini təşkil valyutaların Azərbaycan manatına nisbətdə dəyəri aşağıdakı kimidir:

1 Avro – 2,0623 AZN;

1 Kanada dolları – 1,3474 AZN;

1 İsveç kronu – 0,2042 AZN;

1 İsveçrə frankı – 1,9128 AZN;

100 Yaponiya yeni – 1,6429 AZN;

1 İngiltərə funt sterlinqi – 2,3263 AZN.

Qeyd edək ki, ABŞ dollarının digər valyutalar qarşısında dəyərini göstərən ABŞ dolları indeksi yapon yeni, avro, Kanada dolları, ingilis funt sterlinqi, İsveç kronu, İsveçrə frankına nisbətdə müəyyənləşir.

21 yanvar 2021-ci il tarixinə nəzərən 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları indeksi 6,1 faiz artıb. Yəni, ABŞ dolları digər altı valyutanın orta dəyəri qarşısında bahalaşıb. 21 yanvar 2021-ci il tarixinə ABŞ dollarının indeksi 90,13, 2022-ci ilin eyni dövründə isə 95,64 olub./oxu.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password