Fiziki şəxslərin gəlir vergisinə nə zaman güzəşt edilir? – İZAH

 

Vergi Məcəlləsinə edilmiş stimullaşdırıcı əlavə və dəyişikliklərdən biri də fiziki şəxslərin əməkhaqqından tutulan vergilərlə bağlıdır.

Mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, dəyişikliyə qədər bu güzəştlərin güzəşt əldə edən şəxsin bu güzəşti əldə etməyə əsas verən təsdiqedici sənədləri təqdim etdiyi halda nəzərə alındığını bildirib.

Ekspert qeyd edib ki, əgər hansısa səbəbdən güzəşt hüququna malik şəxs bu sənədi iş yerinə vaxtında təqdim edə bilmirdisə, işçi bu dövr ərzində güzəştdən məhrum olurdu və həmin şəxsdən vergi tutulurdu. Vergi Məcəlləsinə edilən son əlavə və dəyişikliyə əsasən, əgər işçi bu güzəşt hüququnu təsdiq edən sənədləri müəssisəyə sonradan təqdim edərsə belə, güzəşt sənədlərin təqdim edildiyi vaxtdan deyil, əmək müqaviləsi qüvvəyə mindiyi vaxtdan hesablanır: “Tutaq ki, 2-ci Qarabağ müharibəsində iştirak etmiş və qanunvericiliyə əsasən müharibə veteranı statusu almış şəxs 2022-ci fevralın 1-dən 1000 manat aylıq tarif maaşı ilə dövlət müəssisəsində əmək fəaliyyətinə başlayır. Lakin həmin işçi müharibə veteranı vəsiqəsini müəssisəyə 2022-ci ilin mayın 1-də təqdim edir. O zaman fevral, mart, aprel ayları üçün işçiyə əməkhaqqı hesablanarkən işçidən ödəmə mənbəyində 30 manat məcburi dövlət sosial sığorta haqqı, 112 manat gəlir vergisi tutulmaqla işçiyə hər ay 858 manat ödəniş ediləcək. Əgər işçi güzəşt hüququnu təsdiq edən sənədi işə başladığı ayda təqdim etsəydi, Vergi Məcəlləsinə əsasən gəlirinin 400 manat hissəsinə də güzəşt həmin aylarda tətbiq edilər və işçinin gəlirindən tutulan vergi 56 manat az olardı. Lakin işçi bu sənədi müəssisəyə may ayında təqdim edib. Bu zaman əvvəlki 3 ay üçün işçidən tutulmuş 168 manat (56 x 3 = 168) manat may ayının əməkhaqqı hesablanarkən və işçiyə ödənilərkən nəzərə alınacaq”.

Burada əsas məqam ondan ibarətdir ki, Məcəllədə edilmiş bu dəyişikliklər 2022-ci il yanvarın 1–dən sonrakı ayların əməkhaqqı hesablanarkən tətbiq ediləcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password