Ərdoğan Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsinin təyin edilməsi barədə sərəncam imzalayıb

 

Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi rəsmən təsdiqlənib.

Türkiyənin “Rəsmi qəzet”in verdiyi xəbərə görə, bununla bağlı sərəncamı Prezident Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Sərəncama əsasən səfir Serdar Kılıç Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib.

Ərdoğan Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsinin təyin edilməsi barədə sərəncam imzalayıb

Qeyd edək ki, Serdar Kılıç Türkiyənin ABŞ-da səfiri olub. Onun rəsmi Ankaranın Yerevanda xüsusi nümayəndəsi təyin edilməsində məqsəd Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdır. Xüsusi nümayəndələrin ilk görüşü bu ay keçiriləcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password