“Önəmli məsələ Azərbaycan Prezidentinin uzatdığı sülh əlini tutmaqdır” – Hulusi Akar

 

“Önəmli olan məsələ Azərbaycan Prezidenti cənab İlham Əliyevin möhtərəm Prezidentimizin çağırışı ilə uzatdığı sülh əlini tutmaqdır. Bunun ən böyük faydası Ermənistana olacaq. Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə və daha sonra altıtərəfli münasibətlər, Qafqazda sabitliyin təmin edilməsi – indiki hədəf budur”.

Türkiyənin “Hürriyet” qəzetinin verdiyi xəbərə görə, bu açıqlama ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar çıxış edib.

O qeyd edib ki, Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə və daha sonra altıtərəfli münasibətlər, Qafqazda sabitliyin təmin edilməsi – indiki hədəf budur.

Nazir Ermənistanın bu çağırışa reaksiyası barədə suala “Bu, dalandır. Ermənistan sülh və sabitliyə qayıtmağın zəruriliyini qəbul edərək bu yola daxil oldu”, – cavabını verib.

Hulusi Akar deyib: “Arzumuz budur ki, Qafqazda sülhün əlindən tutub sabitlik, əmin-amanlıq mühiti yaransın. Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password