“BURADA BİNA TİKİLMƏSİNƏ İCAZƏ VERMƏDİM” – İlham Əliyev

“Əlbəttə, biz bu sahəyə böyük diqqət göstəririk. Çünki vətəndaşların rahatlığı hər şeydən üstündür. Ona görə ən müasir avtobuslar alınır, nəqliyyatla və təhlükəsizliklə bağlı çox ciddi tədbirlər görülür”.

Bunları Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı zamanı deyib.

“Bu işləri davam etdirin. Şəhərimizin hər bir yerində ən yüksək səviyyəli nəqliyyat şəraiti yaradılmalıdır”, – dövlət başçısı tapşırıq verib.

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzininəsas özəlliklərindən biri də ərazidəki istirahət parkıdır. Parkda qurulan ən müasir işıqlandırma sistemi gecələr buraya xüsusi gözəllik bəxş edir. Prezident İlham Əliyev park barədə də danışıb:

“Biz bu parkı mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl yaratmışıq. İndi bura gözəl bir istirahət zonasıdır. Bu da parka bitişik olan bir yerdir. Burada gözəl şərait var. Biz böyük bir ərazini ictimai yerə çevirdik. Çünki bəzi fikirlər var idi ki, burada tikinti aparılsın, binalar tikilsin. Mən icazə vermədim, dedim ki, bura vətəndaşların rahatlığı üçün ictimai zona olmalıdır. İndi bura böyük ərazidir. Şəhərin mərkəzində yeni gözəl istirahət və nəqliyyat mərkəzi yaradılıb”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password