Cavid Qurbanov üçün insan amili heç bir əhəmiyyət daşımır – ŞOK OLAY, SƏSYAZISI
Son vaxtlar ölkəmizin ictimai-sıyasi, mədəni həyatında və digər sahələrində elə hadisələr, elə bir olaylar baş verir ki, yaşananları görüb eşitdikcə, sanki dəhşətə gəlirsən. Sözsüz ki, baş verən hər bir olayın kökündə hansısa səbəblər durur. Bu səbəblər içində daha çox isə, vəzifə sahibi olan şəxslərin üzərinə düşən vəzifələrini lazımınca yerinə yetirməmələri olur. Toxunacağımız bu olayın kökündə də, problemlərin varlığına cavabdehlik daşıyan şəxslərin səhlənkarlığı, məsuliyyətsiz olmalarıdır. Belə ki, 20 sentyabr günü saat təqribən 13:49 radələrində Bakı Dəmiryolu Vağzalının ikinci mərtəbəsinin damında təmir işləri ilə məşğul olan bir nəfər usta, təqribən15-20 metr hündürlükdən sərnişinlərin gözləmə zalının olduğu ikinci mərtəbəyə yıxıldı. Biz hadisə baş verən vaxt orada idik və ümumi müşahidələrimiz zamanı bəlli oldu ki, Bakı Dəmiryolu Vağzalına məxsus gözləmə zalının damında, hansı ki, küləkli havada işləyən usta heç bir texniki təhlükəsizlik qaydalarına əməl etmədən əmək fəaliyyəti ilə məşğul olurmuş. Belə bir halın varlığı da, məhz həmin şəxsin təqribən 15-20 metr hündürlükdən ikinci mərtəbəyə yıxılması ilə nəticələnir. Məsələnin ən pis, ən xoşagəlməz və hər kəsi düşündürəcək halı o oldu ki, yerə yıxılan şəxs təqribən 20 dəqiqə ərzində can versə də, ağız və burun nahiyələrindən qan gəlsə də, vağzalda səlahiyyət sahibi olan şəxslər açıq-aşkar şəkidə biganəlik göstərdilər. Xeyli müddətdən sonra hadisə yerinə təcili tibbi yardımın əməkdaşları gəlsələr də və hündürlükdən yıxılan şəxsə ilkin tibbi yardım döstərsələr də, yıxılan şəxsin umumi durumunu heç də qaydaya sala bilmədilər. Belə bir halın əmələ gəlməsinə əsas səbəb, yenə də səhlənkarlıq amillərinin varlığı oldu.
Hər kəsi düşündürən halın varlığı odur ki, bir-iki il bundan öncə Bakı Dəmiryolu Vağzalı ən müasir üslubda inşa olundu və təmir-bərpa işləri həyata keçirildi. Belə bir halın varlığına baxmayaraq, ölkəmiz üçün olduqca əhəmiyyət kəsb edən Bakı Dəmiryolu Vağzalı, bu gün vağzala yox, daha çox ticarət mərkəzinə, restoranlar şəbəkəsinə oxşayır. O halda sual oluna bilər ki, görəsən cənab Cavid Qurbanovun tabeçiliyində olan bu qurumda bir tibb məntəqəsi yoxdurmu ki, hadisə zamanı yıxılan şəxsə, həmin məntəqənin həkimi ilkin tibbi yardımını göstərəydi? Yoxsa, zamanında cənab Qurbanovu belə bir halların varlığı yox, Bakı Dəmiryolu Vağzalını ticarət mərkəzinə, restoranlar şəbəkəsinə çevirmək düşündürüb?
Biz hadisə baş verən vaxt Bakı Dəmiryolu Vağzalında olduğumuzdan, yaşanan olaylara münasibətini öyrənmək məqsədilə, Azərbaycan Dövlət Dəmir Yollları QSC-nin sədri, millət vəkili Cavid Qurbanovla əlaqə saxladıq. Elə ki, adı çəkilən şəxsə baş verən hadisənin mahiyyətini, vağzalda vəzifə sahibi olan şəxslərin səhlənkar yanaşma ortaya qoymalarını, təmir işləri ilə məşğul olan şəxsin gözləmə zalının damından yerə yıxılmasını və s. Cavid müəllimin diqqətinə çatdırdıq, o halda o, ,,Sən həkimsən, Fövqəladə Hallar Komissiyasından, sən nə bilirsən yıxılan şəxsə kömək olunur, ya olunmur. Elə ağzına gələni danışırsan” deyə cavab verdi. Belə bir cavabı eşidib sanki şoka düşdük və bir daha biz hadisə yerindəyik və baş verənləri öz gözlərimizlə görürük, ümumi müşahidələrimizi də aparırıq dedikdə, o, ,,Get çək, yaz ver ki, eləmirlər. De ki, mən dedim ki, eləmirlər” cavabını təkrar eşitdikdə, daha dəhşətli dərəcədə şoka düşdük. Cavid müəllimin baş verən olaylarla bağlı belə bir yanaşma ortaya qoyması o demək oldu ki, deməli idarə rəisini təmir işləri ilə məşğul olan və təqribən 15-20 metrlik hündürlükdən yerə yıxılıb can verən, ağzından, burnundan laxta-laxta qan gələn şəxsin taleyi heç də düşündürmədi. Əgər düşündürsəydi o halda o, problemin hansı şəraitdə, hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılacağı yöndə tapşırıq verəcəyini bildirərdi. Bütün bunları təhlil edib belə bir qənaətə gəlmək olur ki, bu gün vəzifə sahibi olan bir çox şəxsləri, o cümlədən Cavid Qurbanovu da, bir tikə çörək qazanmağa möhtac olan insanların taleyi heç də düşündürmür. Yəqin ki, onu belə bir halların varlığı düşündürsəydi, o halda cənab Qurbanov belə bir yanaşmasını da ortaya qoymazdı.
Onu da bildirək ki, hadisə yerində olduğumuz zaman bəzi şəxslər iddia edirdilər ki, Bakı Dəmiryolu Vağzalında təmir işləri ilə məşğul olan şirkət, idarə rəisi vəzifəsini daşıyan Cavid Qurbanova bağlı şirkətdir. Bu haqda konkret məlumatlara malik olmasaq da, biz söylənilənlərin canlı şahidi olduq.
Mövzunu diqqətdə saxlayacağıq.
Nyus.Az