Prezident İlham Əliyev gələn ilin dövlət büdcəsini təsdiqləyib
Prezident İlham Əliyev “2022-ci ilin dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.
Fərmana əsasən, gələn il üçün büdcə gəlirləri 26 816 000 min manat, büdcə xərcləri isə 29 879 000 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirlər 25 868 444,0 min manat, yerli gəlirlər 947 556,0 min manat, mərkəzləşdirilmiş xərclər 28 893 988 min manat, yerli xərclər isə 985 012 min manat) məbləğində təsdiq edilib.
Bundan başqa, fərmana əsasən “2022-ci il dövlət büdcəsi haqqında” 3 dekabr 2021-ci il tarixli qanunun 7-ci maddəsi ilə funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin məbləği inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşən, maliyyə yardımı alan təşkilatlar və tədbirlər üzrə təsdiq edilib.