Səhiyyə sistemini təcili ciddi dalğaya hazırlayın – ÜST
Təcili etməli olduğumuz üç şey var: peyvənd vasitəsilə özümüzü qorumaq, infeksiyanın qarşısını almaq və səhiyyə sistemlərini yoluxmaların sayının artmasına hazırlamaq.
Bunu ÜST-ün Avropa regionu üzrə nümayəndəsi Hans Klyuge deyib.
“Peyvənd ciddi xəstəliklərə və ölümə qarşı ən yaxşı müdafiəni təmin edir və bu, infeksiyanın qarşısını almaq üçün hamımızın görə biləcəyimiz digər tədbirlərlə paralel gedir. Həmçinin hökumətlər və səlahiyyətlilər səhiyyə sistemimizi ciddi dalğaya hazırlamalıdır”, – deyə Klyuge bildirib.