Bayden Putindən sonra 9 liderə zəng etdi
Bayden “Buxarest 9-luğu” kimi bilinən və NATO-nun şərq qanadını təşkil edən Rumıniya, Polşa, Estoniya, Bolqarıstan, Çexiya, Macarıstan, Latviya, Litva prezidentləri və Slovakiya baş naziri ilə telefon danışığı aparıb. Danışıq zamanı Ukrayna-Rusiya sərhədindəki son vəziyyət müzakirə edilib.
Bu haqda Ağ Ev rəsmi açıqlama yayıb. Görüş zamanı liderlər NATO-nun kollektiv müdafiə haqqında 5-ci maddəsinə bağlı olduqlarını vurğulayıblar.
Tərəflər həm də Rusiyanın Ukrayna sərhədinə qoşun toplaması ilə bağlı NATO-nun öz müttəfiqlərini qorumaq üçün birləşdirici, aktiv və həllə yönəlmiş mövqedən çıxış etməsinin vacibliyinə xüsusi diqqət çəkiblər. ABŞ prezidenti bölgədəki gərginliyi qətiyyətli mövqe, müdafiə və dialoq yolu ilə azaltmağa çalışdıqlarını, bu mərhələdə müttəfiqlərlə sıx əlaqədə olacaqlarını deyib.
Qeyd edək ki, Baydenlə Putin arasında telefon danışığı 7 dekabrda baş tutub.