Fyodorov: Brüssel görüşündə Qərb bu təxribata əl ata bilər
Brüssel görüşündə Qərb və ya Ermənistan tərəfindən təxribat cəhdləri ola bilər. Qərbin marağı ondan ibarətdir ki, Rusiya–Azərbaycan–Ermənistan üçbucağına Minsk Qrupu tipində nəsə əlavə etsin.
Bu fikirlərlə Rusiyanın keçmiş xarici işlər nazirinin müavini Andrey Fyodorov çıxış edib.
Onun sözlərinə görə, bu görüş Qərb ölkələrinə prosesə qismən də olsa, təsir göstərmək imkanı verəcək:
“Qərb prosesə tam olaraq cəlb olunmaq istəməsə də, müəyyən dərəcədə təsir göstərmək niyyətindədir… Onlar üçün indi Ukrayna məsələsi daha maraqlıdır.
Brüssel görüşü çərçivəsində təxribata cəhd “Qarabağın statusu” məsələsini ortaya atmaq şəklində də ola bilər. Əlbəttə, Azərbaycan Prezidenti, əgər belə bir cəhd olsa, onun qarşısını alacaq. Əliyevin bu məsələ ilə bağlı qəti mövqeyi var”, – deyə ekspert qeyd edib.