Baba Rzayevin falçı sevdası: “Azərenerji”ni ektrasenslər idarə edir?

Hazırda Azərbaycanda falçılıq və cadugərlik olduqca geniş yayılıb.

Onlara maraq göstərənlər isə heç də ancaq sadə vətəndaşlar deyillər.

Vəzifəli şəxslər də falçı və cadugərlərin xidmətindən geniş istifadə edirlər. Bunu heç falçı və cadugərlərin özləri də gizlətmirlər.

Məsələn, hələ bir neçə il öncə hazırda Fransada yaşayan ABU-nun sabiq rektoru Elşad Abdullayevin mətbuatda dərc olunan açıqlamalarına dair araşdırmalar aparılarkən onun falçılarla “işgüzar” münasibətlərdə olması faktı da üzə çıxmışdı. Belə ki, onun hər addımında falçı Qalina, falçı İmamirə və digər öncəgörənlərin məsləhəti ilə hərəkət etməsi bəlli olmuşdu. O da üzə çıxmışdı ki, E.Abdullayevin falçılarla əlaqələrini Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidmətinin rəisi Nəriman Ağayev qurub.

Ziyafət Əsgərov falçı İmamirə haqda jurnal çıxarır, deputatlarsa tərif yağdırır

Həmçinin aydın olmuşdu ki, Azərbaycanın xeyli sayda yüksək vəzifəli məmurları falçıların diqtəsi ilə hərəkət edirlərmiş. Bu barədə vaxtilə elə Elşad Abdullayevin özünün sponsorluğu ilə çap olunan və qazaxlı İmamirəyə həsr olunan jurnalda heyrətamiz faktlar vardı. Yeri gəlmişkən, 2008-ci ildə işıq üzü görən dərginin buraxılışının hüquq məsləhətçisi kim olsa yaxşıdır? Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov!

Sözügedən həmin sayından belə məlum olurdu ki, ölkənin kifayət qədər yüksək vəzifəli şəxsləri falçı İmamirə haqqında ağızdolusu danışıblar. Yeri gəlmişkən, cumhuriyyet.az olaraq vəzifəlilərin falçı İmarə haqqında dediklərini sizə təqdim edirik:

Deputat Ağacan Əbiyev: “İmamirə xanım böyük qüvvə sahibidir. Hiss eləyir ki, deyəsən Ağacan müəllimin kefi saz deyil və ya nəsə bir çətinliyi var, gəlir ki, mən sənə lazımam. Bax, o zaman İmamirə xanımın elədiyi kömək effektli olur. Bir dəfə vəziyyətim yaxşı deyildi, İmamirə xanım gəldi, ”ay ölüm, ay canım, ay qurban olum” deyərək əlini kürəyimə çəkdi. Bundan sonra doğrudan da özümü yaxşı hiss etdim”.

Deputat Səməd Seyidov: “İmamirə xanımda qeyri-adi ruhi qüvvə var. Bu qüvvəyə inamım məni həmişə şər qüvvələrdən xilas edib. İmamirə xanımın ruhi qüvvəsinin möcüzələrini mən həmişə öz üzərimdə duymuşam”.

Deputat Rəbiyyət Aslanova: “Bu ocaq bizləri həmişə bəd nəzərlərdən qoruyub, ailəmizə şəfa və uğur gətirib. Balaxanım ananın ruhu toxunulmazdır. Özünü dərk eləməyən insan bu ruhun qüvvəsini duya bilməz… İmamirə xanımın ruhi qüvvəsinə ailəlikcə etiqad edirik. Qoy, bu ruhi qüvvə xeyirxah, inamlı insanlara uğurlar gətirsin”.

Onu da xatırladaq ki, 2015-ci ilin avqustunda avqustunda isə Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunaraq barəsində barəsində 7 il azadlııqdan məhrumetmə cəzası çıxarılan falçı Saraxanımın isə məmurlarla dost olduğu, onların adlarından faydalanaraq vətəndaşların pullarını mənimsədiyi üzə çıxmışdı.

Baba Rzayev özünü cadu ilə qoruyur

Bu günlərdə isə “Azərenerji” rəhbəri Baba Rzayevin falçı və ektrasenslərin fəaliyyətindən bəhrələndiyini sübut edən kadrlar ortaya çıxıb. Cumhuriyyet.az az olaraq həmin videogörüntüləri diqqətinizə çatdırırıq:

Caduyla qorunan Rzayevin milyonları

İlham Əliyevin sərəncamı ilə Balababa Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. Mətbuatda Baba Rzayev kimi tanınmasını istəyən Balababa Rzayev və onun həyat yoldaşı Nərminə Həsənova iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvləridir.

Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan “Santral Elektrik” LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur. “Santral Elektrik”in əsasını 2000-ci ildə Türkiyədən olan tərəfdaşı ilə birlikdə qoyub. Sonralar, 2003-cü ildə türkiyəli iş adamı öz payını Baba Rzayevə satıb. “Bakelektrikşəbəkə”yə sədr keçdikdən sonra onun, “Santral Elektrik”i də qeyri-rəsmi idarə etdiyi bildirilir. Sonradan “Santral Elektrik”ə rəhbərlik səlahiyyəti İlham Həsənova – Baba Rzayevin qaynına verilib.

Büdcədən maliyyələşən sifarişləri həyata keçirən “Göknur Bakı LTD”, “GBS” MMC şirkətləri “Santral Elektrik”lə təkcə eyni ünvanı bölüşmür. Bu şirkətlərin təsisçi və rəhbərləri də Rzayevlər ailəsinin üzvləridir. “General Boards System” – GBS Məhdud Məsuliyyətli Cəmiyyətini Baba Rzayevin oğlu və qardaşı – Fuad Rzayev və Emin Rzayev 2003-cü ildə təsis ediblər. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur. GBS MMC-nin son işləri Bakı beynəlxalq Hava Limanı, Muğam Teatrı, Park Bulvar və Landmark-n işıqlandırmasını təmin etmək olub.

Ölkə rəhbərinin tapşırığı ilə yoxlama aparan Dövlət Nəzarəti Şöbəsinin rəyinə əsasən, “Bakıelektrikşəbəkə” ASC təqribən 90 milyon manat məbləğində 236 müqaviləni dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini pozaraq tender keçirmədən, razılıq almadan birbaşa bağlamış, bəzi malların alınmasına təcili zərurət yarandığını əsas gətirərək birbaşa müqavilələrin bağlanmasına icazə alsa da, bəzən müqavilələri razılıqdan 4-11 ay sonra imzalamış, bir sıra hallarda isə tenderdən yayınmaq məqsədilə malların məbləği süni surətdə ayrı-ayrı hissələrə bölüşdürülmüşdür.

Təkcə 2011-ci il üçün tender reyestrində göstərilənlərə görə, “Bakıelektrikşəbəkə”nin “Gök-Nur Bakı”ya rəsmi müqavilələr əsasında ödədiyi pulların ümumi həcmi: 338368,86 manatdır. “Gök-Nur Bakı LTD” müxtəlif növ kabellərin istehsalı və quraşdırılması ilə məşğuldur.(aztoday.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password