Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana türk dünyasının xəritəsini hədiyyə edib.
Bu barədə partiyanın rəsmi “Twitter” səhifəsində paylaşım edilib.
Baxçalının fikrincə, türk dünyasına Balkanların bir hissəsi, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çinin Sincan-Uyğur Muxtar Bölgəsi, Monqolustan və İranın bir qismi, eləcə də Rusiyanın cənubundakı Şərqi Sibir daxildir.
Qeyd edək ki, Dövlət Baxçalının Ərdoğana hədiyyəsi Turan vahid türk dövlətinin xəritəsi kimi qiymətləndirilir.