Van Qoqun “Buğda tayası” 36 milyon dollara satılıb
Niderland rəssamı Vinsent van Qoqun “Buğda tayası” adlı əsəri Nyu-Yorkda “Christie’s” hərracında 35,9 milyon dollara satılıb.
Əsər proqnozlaşdırılan qiymətdən 6 milyon dollar daha baha satın alınıb.
Qeyd edək ki, rəssamın 1888-ci ildə Fransanın cənubunda yaşayarkən çəkdiyi rəsm əsəri İkinci Dünya müharibəsi zamanı alman nasistləri tərəfindən ələ keçirilmişdi.
1970-ci illərədək rəsmin taleyi naməlum qalırdı. Həmin dövrdə “Christie’s” hərrac evi onu ABŞ şirkətindən satın almışdı.