“Buna artıq son verməyin vaxtı çatıb” – Deputatdan vergi və cərimələrlə bağlı ETİRAZ

“Biz bu yaxınlarda komitə iclasında bir neçə qanuna dəyişiklikləri müzakirə etdik. “Dövlət rüsumu haqqında” qanunda çox ciddi dəyişikliklər edilməlidir”.

Bunu deputat Vahid Əhmədov noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

O bildirib ki, qanunlara təklif edilən dəyişikliklərin bir hissəsi ərzaq və kənd təsərrüfatı məhsulları ilə bağlıdır: “Bu da bazarda qiymətlərə təsir edən amillərdəndir. “Dövlət rüsumu haqqında” qanuna ərzaq və kənd təsərrüfatı məhsulları ilə bağlı təklif olunan rüsumları reklam və digər yerlərə əlavə etmək lazımdır”.

V. Əhmədov bildirib ki, qanunların Milli Məclisdə müzakirəsi zamanı deputatların səsləndirdiyi təkliflər nəzərə alınmalıdır: “Büdcəyə vergi və gömrük daxilolmaları xətti ilə çox böyük daxilolmalar gəlir. Dövlətin nəzarətində olan qurumların vergidən və rüsumdan azad olunmasına nə ehtiyac var? Biz uzun illərdir deyirik ki, dövlət qurumlarının çoxu özəlləşdirilməlidir”.

Deputat qeyd edib ki, vergi güzəştlərinin strukturuna baxmağa ehtiyac var: “Biz indi dövlət rüsumuna dair qanunu qəbul edəndə qeyd etdik ki, bir sıra dövlət qurumlarına cərimələrdən ayırmalar olur. Buna artıq son verməyin vaxtı çatıb. Cərimələrdən daxil olan vəsaitin hamısı büdcəyə daxil olmalıdır. Büdcənin şəffaflığının təmin edilməsi üçün ciddi addımlar atılmalıdır. Hesab edirəm ki, kölgə iqtisadiyyatının, korrupsiya və rüşvət hallarının aradan qaldırılması üçün Hesablama Palatası daha sərt addımlara getməlidir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password