Alimlər qara bibərdə koronavirusa maneə törədən maddə aşkarlayıblar

 

Alimlər müəyyən ediblər ki, bəzi təbii alkaloidlər, xüsusən də qara bibərin tərkibindəki piperin, COVID-19-un hüceyrələrə yoluxma qabiliyyətini maneə törədir.

“Vedomosti”nin yaydığı məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Sitologiya İnstitutunun mətbuat xidməti xəbər yayıb.

“Ən təsirli birləşmə – piperin – qara bibərin tərkibindədir”, – Rusiya Elmlər Akademiyasının baş elmi işçisi Olqa Ostroumova bildirib.

O qeyd edib ki, bu çoxdan məlumdur və müxtəlif tibbi məqsədlər üçün bioaktiv əlavələrdə istifadə olunur.

Rusiyalı mütəxəssisin sözlərinə görə, Sankt-Peterburq alimləri hazırda insan hüceyrələrinin lipid membranlarının və koronavirusun birləşməsini maneə törədə bilən maddələri öyrənirlər.

Tədqiqatçılar müəyyən ediblər ki, piperin virusun lipid örtüyünün xüsusiyyətlərini dəyişib. Nəticədə virus hüceyrələrə nüfuz etmir və bununla da onun yayılması dayandırılır.

Piperin (C17H19NO3) COVID-19-un qarşısının alınması və müalicəsi üçün effektiv pəhriz əlavələrinin yaradılması üçün əsas alkaloid ola bilər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password