Zəfər Günündə daha bir gözəl xəbər


Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması, qorunması işində ardıcıl, məqsədyönlü işlər görən Azərbaycanın Birinci vitse Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva başda olmaqla, ölkəmizdə mədəniyyət və təbliğat siyasətinə məsul bütün qurum və quruluşları, o cümlədən Milli Kulinariya Mərkəzini və Assosiasiyasını təbrik edir, yeni uğurlar diləyirəm!

Bu sözləri millət vəkili Qənirə Paşayeva Lənkəran şəhərinin Dünyanın Mətbəx Mədəniyyəti Paytaxtı seçilməsi ilə əlaqədar qeyd edib.

“Məmnuniyyətlə bildirmək istəyirəm ki, Milli Kulinariya Mərkəzi ilə Milli Məclisin Mədəniyyət Komitəsini sıx əməkdaşlıq telləri bağlayır və biz sonuncu dəfə ötən həftənin 5-ci günü bir daha görüşüb müvafiq müzakirələr aparmışdıq.

Bir daha bu uğurda əməyi keçən bütün kulinarlarımızı, məmurlarımızı, diplomatlarımızı, mədəniyyət və sənət xadimlərimizi, əlbəttə, ali dövlət rəhbərliyimizi ürəkdən təbrik edirəm!

Mübarək olsun!

8 noyabr – Zəfər Günü ölkəmiz, mədəniyyətimiz adına belə bir xoş xəbər almaq cox xoşdur!” – millət vəkili vurğulayıb.

Qeyd edək ki, Lənkəran şəhəri bu statusu 4 il daşıyacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password