Gəncə Beynəlxalq Xəstəxanası həkim Elnur İmanovdan olunan şikayətə aydınlıq gətirdi
Sizin xəbər portalınızda 02.11.2021-ci il tarixdə “SYNERGY MEDICAL” MMC-nin Gəncə Beynəlxalq Xəstəxanası haqqında getmiş Balakən rayonu, Şərif kənd sakini, Qıstarov Rəşid Məhəmməd oğlunun məktubu barəsində onu bildirmək istərdik ki, məktubda adı getmiş uşaq kardioloqu Elnur İmanov 20 iyul 2020-ci ildə xəstəxanadakı işindən ərizəsinə əsasən ayrılmışdır. Məktubda göstərilən faktlar barəsində xəstəxana rəhbərliyi, heyəti xəbərsiz olmuşdur.
Məktubun özündə də göstərilir ki, vətəndaş 2500 manatı kassaya ödəyərkən əlavə 2500 manatıda Elnur İmanova verməsini bildirərkən kassada oturan əməkdaş ona bildirmişdir ki, “axı hər şey kassaya ödəyəcəyiniz 2500 manata daxildir”. Vətəndaş özüdə etiraf edir ki, xəstəxana Elnur İmanovun bu addımından xəbərsiz olub. Belə olan halda xəstəxananın sabiq həkimi Elnur İmanovdan 2500 manatın alınıb Qıstarov Rəşid Məhəmməd oğluna ödənilməsi tərəfimizdən qeyrimümkündür. Belə ki, bu adam xəstəxananın hal-hazırda əməkdaşı deyil.
Dünya praktikasında xəbər portalında hər hansı bir material verilməmişdən əvvəl hər iki tərəfin mövqeyi öyrənilir, bundan sonra material içtimaiyyətin nəzərinə çatdırılır. Hal-hazırda Sizin bu məlumatı dəqiqləşdirmədən içtimaiyyətin nəzərinə çatdırmağınız Xəstəxanamızın işgüzar imicinə zərbə vurur, səhiyyə ocağımız barəsində içtimaiyyətdə mənfi rəy formalaşmasına gətirib çıxarır. Bizim Xəstəxanamız isə Qərb bölgəsində səhiyyə sahəsində əhaliyə yüksək səviyyədə xidmət göstərən bir xəstəxana kimi tanınır. Yuxarıda göstərdiklərimizi nəzərə alıb, tez bir zamanda xəbər portalınızda informasiyanın içtimaiyyətə çatdırılmasında başlıca amil olan hər iki tərəfin mövqeyinin öyrənilməsi prinsipinə sadiq qalaraq bizimdə mövqeyimizi çap edib, verilən xəbərə obyektiv qiymət verilməsini təmin edilməsini xahiş edirik.
Hörmətlə,
“SYNERGY MEDICAL” MMC-nin
Gəncə Beynəlxalq Xəstəxanasının rəhbərliyi
PS. Aktualinfo.org oxucuların diqqətinə çatdırmaq istəyir ki, vətəndaş Rəşid Qıstarov tərəfindən olunan şikayətin “Biz evdə qiymətə gedən mal-qaramızı satıb 21 iyun 2021-ci ildə Gəncə xəstəxanasının çayxanasına gətirdik.” hissəsi texniki səhv olaraq 21 iyun 2021-ci il kimi yazılıb. Əslində isə bu 21 iyun 2020 -ci il olmalıdır. Rəşid Qıstarovun verdiyi məlumata görə əməliyat 26 iyun 2020-ci ildə Gəncə Beynəlxalq Xəstəxanasınında uşaq kardioloqu Elnur İmanov tərəfindən aparılıb.
Gəncə Beynəlxalq Xəstəxanasının verdiyi məlumatda isə uşaq kardioloqu Elnur İmanovun 20 iyul 2020-ci ildə xəstəxanadakı işindən ərizəsinə əsasən ayrıldığı bildirilir. Elnur İmanovun indi harada işləməsindən asılı olmayaraq Rəşid Qıstarovun körpə üşağını məhz adıçıkilən xəstəxanada həyata keçiirib. Məsuliyyətin kimi üzərinə düşməsinə isə təbii ki, hüquq mühafizə orqanları aydınlıq gətirməlidir.