Döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə verilən təqaüdün məbləği açıqlandı
Döyüş əməliyyatlarında iştirak etmiş və müharibə veteranı adı alan şəxslərə sosial təqaüd hesablanır.
Bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib.
O bildirib ki, həmin təqaüd Prezident İlham Əliyevin fərmanı ilə 80 manat müəyyən edilib:
“Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən şəxs müharibə veteranı adını aldığı gündən etibarən həmin təqaüdü əldə edə bilir. Şəxs müharibə veteranı adı alana qədər olan müddətdə isə ona təqaüd hesablanmır. Prezident İlham Əliyevin 2019-cu il tarixli fərmanı ilə müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü 80 manat müəyyən edilib”.