18 oktyabrla bağlı Xankəndidə musiqi festivalı keçiriləcək? – Sosial şəbəkədə ajiotaj

 

Bu gün “Facebook”sosial şəbəkəsinin Azərbaycan seqmentində ilginc elan paylaşılıb.

İstifadəçilərə səhər saatlarında Xankəndidə musiqi festivalı keçiriıməsi barədə bildiriş göndərilib.

Elanda yazılıb:

“Hörmətli,vətəndaşlar!

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ili münasibətilə işğaldan azad olunmuş Xankəndi şəhərinin Azərbaycan bayrağı meydanında keçiriləcək musiqi festivalına dəvətlisiniz”.

Elanda festivalın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının təşkilatçılığı ilə keçiriləcəyi qeyd olunub.

Mədəniyyət Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən tədbirdən xəbərsizdirlər: “Bu tədbirin Mədəniyyət Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Təşkilatçı olaraq nazirliyin adı qeyd olunsa da, festivalla bağlı hər hansı məlumatımız yoxdur”./musavat.com

photo_2021-10-18_10-31-47.jpg (84 KB)

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password