İrəvan Bakını hücuma təhrik edir – Amerikalı ekspert

 

Ermənistanın keçən ilin noyabrından etibarən Moskvanın vasitəçiliyi ilə əldə olunan atəşkəs rejiminin icrasından imtina etməsi regional gərginliyi daha da yüksəltdi və Qarabağdakı qanunsuz erməni silahlı qruplarını da cəsarətləndirdi.

Bu sözləri amerikalı mütəxəssis Endryu Korıbko Ermənistanın Qarabağdakı son təxribatları barədə danışarkən deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan üçün vəziyyət çox həssasdır, çünki Ermənistan Rusiyadan kömək istəmək üçün bəhanə axtarır:

“Buna görə də əlindən gəldiyi qədər Azərbaycanı Ermənistana hücum etməyə təhrik edir. Rusiya Ermənistanın qarşılıqlı müdafiə müttəfiqidir və eyni zamanda Qarabağın bir hissəsi çərçivəsində sülhməramlı vəzifələrdən məsuldur. Ötən il Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı Rusiyanın müdaxiləsi üçün etdiyi çoxsaylı cəhdlərin nəticəsiz qaldığı kimi, indi də bu cəhdlər uğursuzluğa düçar olacaq. Çünki Moskva müharibədə maraqlı deyil”.

Ekspertin fikrincə, bu məqamda Rusiyanın Ermənistanın onun üçün yeni bir tələ qurduğunu anlaması çox vacibdir:

“Bu onu göstərir ki, Prezident Putinin Baş nazir Paşinyanla apardığı danışıqlar Ermənistanın regional təxribatçı davranışında heç bir dəyişikliyə səbəb olmayıb. Bu səbəbdən Rusiya diplomatları getdikcə daha çox azğınlaşan müttəfiqlərini cilovlamaq üçün daha çox çalışmalı olacaqlar”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password