Putinlə görüşən Paşinyana böyük şok: Ərdoğanın təklifi reallaşır

“Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasındakı söhbətin əsas mövzusu üçtərəfli iki bəyanatın həyata keçirilməsi, sərhədlərin demarkasiyası və delimitasiyası məsələləri, eləcə də Türkiyənin təklif etdiyi “3+3” formatı idi”.

Bunu erməni siyasi ekspert Yervand Bozoyan deyib.

Ekspert bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2008-ci ildə oxşar təşəbbüslə (“3+3” formatı) çıxış edib və o vaxt bu “Qafqaz Platforması” adlandırılıb. Onun sözlərinə görə, Rusiya tərəfi o zaman bu mövzuda passiv mövqe tutub və uzun müddət müzakirə edilməyib.

“Amma Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı qüvvələrin geosiyasi konfiqurasiyası dəyişib, Avropa Birliyi və ABŞ-ın bölgədəki rolu azalıb, Türkiyənin rolu artıb. Bütün bunları nəzərə alaraq, Rusiyanın da mövqeyi dəyişə bilər”, – politoloq qeyd edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password