Putin Paşinyana başa saldı: “İran problem yaradır…”

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə İrəvanın KTMT-yə sədrliyi ilə bağlı müzakirə aparıb. Putin erməni qonağına başa salıb ki, Ermənistanın KTMT-yə sədirliyi dövründə bu təşkilatın üzvlərinin gücündən Azərbaycana qarşı istifadə olunması qəbuledilməzdir. Ermənistanın KTMT-yə sədrliyi nominal olaraq İrəvan üzərinə yalnız tədbirlərin təşkilati-texniki müşayiəti üzrə öhdəliklər qoyur.

Bu barədə  PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov bildirib.

“Görüş zamanı həmçinin Rusiyanın ciddi maraq dairəsində olan İran məsələsi də müzakirə olunub. Tehranın aqressiv ritorikası Azərbaycan ilə Ermənistan arasında gərginliyin artmasına gəririb çıxarıb. Bu isə öz növbəsində 9/10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli, Rusiyanın təşəbbüsü və himayəsi ilə işlənib hazırlanmış və imzalanmış üçtərəfli sənədlərin reallaşdırılmasını ləngidir. Göründüyü kimi, İran Rusiya üçün də potensial çətinliklər yaradır”, – deyə müsahibimiz qeyd edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password