Ölkəmizə “dini təzyiq” həyata keçirilir – Millət vəkili
Prezident İlham Əliyev işğadan azad edilən ərazilərə səfər etdi, orada müəyyən açıqlamalar verdi, eləcədə hər kəsi yaranan reallıqları qəbul etməyə çağırdı. Bundan sonra bəzi dövlətlər narahat oldu, Azərbaycana, onun hökumətinə qarşı çıxışlar başlandı.
Bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Ceyhun Məmmədov deyib.
O əlavə edib ki, Azərbaycana qarşı həyata keçirilən tədbirlərdən biri də din adı ilə pərdələnir:
“Məhz din amilindən istifadə edərək dövlətin həyata keçirdiyi siyasətə qara yaxmağa, insanları dövlətə qarşı qaldırmağa çalışırlar. Azərbaycan hökuməti sionizmdə ittiham olunur. Hətta buna haqlı olaraq cavab verən həmkarlarımız “sionizmun qulları” kimi təqdim olunur”.
Deputat qeyd edir ki, din pərdəsi altında qarayaxma kampaniyası davam etdirilir:
“Hesab edirəm ki, dini təhlükəsizliyi, din sahəsində proseslərə nəzarəti güclənirmək, din sahəsində çevik qərarlar verməyə hazır olmaq lazımdır. Qarşıda bizi ciddi sınaqlar gözləyir və bu prosesə hazır olmalıyıq”.