Pakistanın Baş naziri ABŞ-ı Əfqanıstandakı hökuməti tanımağa çağırıb

 

“ABŞ-ın sabitliyi dəstəkləməyə səy göstərmək üçün Əfqanıstandakı hökuməti tanımaqdan başqa yolu yoxdur”.

Bunu Pakistanın Baş naziri İmran Xan “Middle East”ə müsahibəsində bildirib.

“Dünya Əfqanıstanla əməkdaşlıq etməlidir. Əgər “Taliban” sıxışdırılsa, o halda onun daxilindən ekstremistlər çıxa bilər. Bu da tamamilə mümkündür. Onlar “Taliban”ı 2000-ci ilə qaytarsalar, bu, faciə olacaq”, – o vurğulayıb.

İ.Xan bildirib ki, Əfqanıstan əhalisinin yarısı yoxsulluqdan da aşağı şəraitdə yaşayır: “Onun dövlət büdcəsinin 75 faizi xarici yardımların hesabına formalaşır. “Taliban”a qarşı embarqonun tətbiqi humanitar fəlakətə səbəb ola bilər”.

Qeyd edək ki, “Taliban” ABŞ-ın sanksiya tətbiq etdiyi təşkilatlar siyahısındadır. Bu isə onlara ABŞ banklarındakı 10 milyard dollardan istifadəyə imkan vermir.

“Beynəlxalq ictimaiyyət Əfqanıstanı elə tərk edər ki, bu, ölkəni 1989-cu ilə qaytarar. Onda SSRİ və ABŞ Əfqanıstanda xaos yarandı. 200 000 əfqanıstanlı bu xaos nəticəsində öldü”, – İ.Xan bildirib.

Pakistanın Baş naziri “Taliban”ın qurduğu müvəqqəti hökumətdən də danışıb: “Onlar düzgün çıxış ediblər. Başqa yolları da yoxdur. “Taliban”a vaxt vermək lazımdır. Ən yaxşısı onların yanında olub öhdəlikləri yerinə yetirməsini tələb etməkdir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password