Paşinyan aldadır, İran “va-bank” gedir

 

İran Zəngəzur dəhlizinə alternativ layihədə iştirak etmək niyyətini açıqlayıb.

“Qafqaz dəhlizi”: İranın Ermənistan vasitəsilə Gürcüstan limanlarına çıxışı, başqa adla Fars körfəzi – Qara dəniz marşrutu;

Bu layihə əvvəldən mövcud idi, lakin İran bahalı işə pul yatırmaq istəmirdi. İndi rentabelli olmasa belə dəstək verməyə hazırlaşır.

İranın yol və şəhərsalma naziri Xeyrullah Hatəmi deyir ki, “Tehran Ermənistandan keçən və Gürcüstana qədər uzanan yeni tranzit yolunun çəkilməsində iştirak etməyə hazırdır”. Bununla yanaşı, Gorus-Qafan yoluna alternativ marşrutun açılması istiqatində işləyirlər.

“Mümkün olduğu qədər tez bir zamanda Azərbaycan ərazisindən keçməyən alternativ yol yaradılmalıdır. Bu, ermənilərin maraqları üçün də vacibdir”, – Hatəmi deyir və bununla İran-Ermənistan maraqlarının ortaq olduğunu, Tehranın Bakıya qarşı oynadığını açıq şəkildə ifadə edir.

İranın bununla nail olmaq istədiyi bir neçə hədəfi var:

– Alternativ təqdim etməklə Ermənistanın Zəngəzur dəhlizinə qarşı əlini gücləndirir və razılaşmamasını təmin etməyə çalışır;
– Bölgədə Moskva və Ankaranın qarantı olduğu şərtləri dəyişdirə biləcəyini düşünür;
– Avropaya çıxışda Türkiyə marşrutundan xilas olmaq istəyir;

Avqustda Tehrana səfər edən Paşinyanın sentyabrda Tiflisə apardığı təklif də bu idi, lakin Gürcüstanın siyasi addımları və sərgilədiyi mövqe İranın istəyinə isti baxmadığını deməyə əsas verir.

Bu prosesdə Paşinyanın Tehranı necə aldatdığı aydın görünür: Ermənistan Tehranın düşdüyü vəziyyətdən istifadə edərək, daxili Şimal-Cənub magistral xəttini (Gorus-Qafan yoluna alternativ) iranlıların pulu ilə həll etmək istəyir, hərçənd, Zəngəzur dəhlizinin açılmasına məcbur olduğunu özü də anlayır.

Paşinyanın oktyabrın 12-də Moskvada Putinlə görüşündə də bu məsələ üzərində həlledici qərarın veriləcəyi gözləniləndir: Putin Nikolu Soçi görüşündə Ərdoğanla anlaşmanın icrası üçün dəvət edir;

İranda da proseslərin inkişafını anlayanların olması şübhəsizdir, buna rəğmən, “va-bank” gedirlər: Bakıya qarşı hər şey mübahdır prinsipi…

Asif Nərimanlı

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password