Oğuz rayon Polis Şöbəsində müraciətlərə necə baxılır? – ŞİKAYƏT

 

Oğuz şəhəri, Heydər Əliyev pros., ev 16-da yaşayan şəhid oğlu Həsən oğlu  Məmməd Əhmədov tərəfindən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə və digər ali dövlət qurumlarının rəhbərlərinə rayon hüquq mühafizə orqanlarının hərəkətsizliyindən şikayət olunub. 

Aktualinfo.org Məmməd Əhmədovun şikayətini olduğu kimi təqdim edir. O,yazır: 

Hörmətli Prezident, mənim atam Həsən Əhmədov 1-ci Qarabağ müharibəsi zamanı itkin düşdüyündən biz hazırda şəhid ailəsi sayılırıq. Ona görə də, dövlət bizə bina evinin 1-ci mərtəbəsində ev verib. 21 avqust 2021-ci ildə əslən Laçın rayonundan olan Məmmədov Sərxan gecə saat 12-də mən olmayanda pəncərəsini sındırararaq evimizə girmişdir. O anamı, həyat yoldaşımı və iki azyaşlı övladlarımı bərk qorxutmuşdur. Səs-küydən Sərxan qaçıb getmişdir. Mən bu barədə Oğuz rayon Prokurorluğuna, DİN-nə və Oğuz rayon Polis Şöbəsinə müraciət etdim. Lakin yerli polis şöbəsi mənə heç bir mənası olmayan cavablar verir, işi ört-basdır edirlər. Çünki həmin evə girən adam polislərlə əlaqəli bir adamdır. Və çox imkanlıdır. Bu günə qədər Polis Şöbəsinin İTB-nin rəisi bu işin araşdırılmasında maraqlı olmayıb. Bu İTB-nin rəisi Namiq başqa vaxtı kimsə hündürdən küçədə danışarsa pulun dərdindən tez şöbəyə çağırır həmin adamı. Ancaq şəhid ailəsi kimi bizim müraciətə polisin saymaz yanaşması başa düşülmür.  Qeyd edim ki, Oğuz Polis Şöbəsində işləyənlrin 70-80 faizi qarabağlıdırlar. Elə ona görə də, həmin adamı həm də yerliçiliyə görə müdafiə edirlər. Həmin adam –Sərxanın qohumu da əslən Şuşadan olmuş Rauf adlı polis əməliyyatçısı işləyirdi. 2-ci Qarabağ Müharibəsi gedən vaxt Rauf digər polislərlə ov etmək üçün dağa getmişlər. Bu zaman sərxoş olub dağda yıxılaraq ölmüşdür. Hadisə olan günü Oğuz polisləri Xaçmaz kəndinə cənazəsi gətirilmiş xüsusi təyinatlı şəhidin evinin qabağından salam vermədən belə ötüb ova getmişlər. Onların Azərbaycan şəhidinin ailəsinə baş sağlığı vermədən dağa ova getmələri yerli sakinləri çox əsəbləşdirmişdir. Həmin günün axşamı Sərxanın qohumu olan, dağda yıxılıb ölən Şuşalı polisin meyitini gətirəndə kənd sakinləri onlara nifrətdən yol vermək istəmrdilər. Budur, indi həmin polisin qohumu gecə vaxtı pəncərəni sındırıb evimə girir evdəki qadınları və uşaqları qorxuzur Oğuz PŞ-nin rəis müavini Şükürov Ramil isə mənə deyir ki, burda cinayət faktı yoxdur. Sərxan da ağzını köndələn qoyur ki, heç nə vecimə deyil, nə qədər şikayət edirlər etsinlər.

Cənab Prezident biz Oğuz türklərinə qarşı yerli polislərin bu münasibətləri xoşagələn hal deyil, xahiş edirəm lazımi tədbirlər görəsiniz.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password