Hacı Məhərrəm kürəkənini həbsdən qorumaq üçün görün nələr edir… – VİDEO

 

“Qurtuluş-93” kompleksinin sahibinin kürəkəni məhkəmə qarşısında: 12 ilə qədər həbs cəzası gözləyir

Bu ilin iyununda Novxanı bağlar massivində 4 nəfərin ölümünə səbəb olan yol qəzasıyla bağlı məhkəmə araşdırmaları başlayır. Söhbət Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni, eyni zamanda bacısı oğlu, kompleksin satış müdiri olmuş Elşad Kəlbəliyevdən gedir.

Elşad Kəlbəliyevin haqqında cinayət işinin istintaqı yekunlaşıb. İş materialları araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu işi İlham Mahmudovun sədrlik etdiyi hakimlər kollegiyası araşdıracaq. Elşad Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunur. Bu maddədə 5 ilə qədər nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Sözügedən yol qəzası iyunun 14-də gecə saat 01.00 radələrində Novxanı-Sumqayıt yolunda baş verib. Elşad Kəlbəliyevə məxsus “Range Rover” markalı, 10 CO 002 dövlət nömrə-nişanlı avtomobillə Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” toqquşub. Nəticədə sürücü Murad Ziyadov və onun avtomobilində olan üç nəfər Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov hadisə yerində dünyasını dəyişib.

Elşad Kəlbəliyev və hadisə vaxtı onun yanında olmuş Ələsgər Əliyev isə xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra polis idarəsinə aparılıblar.

Bu qəza ilə bağlı yayılan ilkin məlumatda qəza zamanı Elşad Kəlbəliyevə məxsus avtomobildə sükan arxasında Ələsgər Əliyevin olduğu bildirilirdi. Lakin sonradan “Range Rover”i avtomobil sahibinin özünün idarə etdiyi məlum oldu. Üstəlik, Elşad Kəlbəliyevin həmin vaxt sərxoş olduğu da aydınlaşıb.

Elşad Kəlbəliyev 2010-cu ildə yaradılan və 2020-ci ildə fəaliyyətini dayandıran “Əlicə” futbol klubunun da prezidenti olub. Bu klubun təsisçisi də onun qayınatası idi./ realmedia.az

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password