Bakı İranı dörd yandan hədəfə alar… – Voronenko

Heç nəyə baxmayaraq İran hadisələrin gedişatını hərbi münaqişəyə doğru yönəltməyə davam etsə, Azərbaycan Tehrana düşünmək üçün 1 həftə vaxt verəcək. Əgər bu da bəzi başbilən mollaların ağlını başına gətirməsə, Bakı İranı dördbir tərəfdən hədəfə alacaq. Hazırda Azərbaycanın əlində olan “kozır”lar demək olar ki, heç kimdə yoxdur. Birincisi və ən əsası gücünü bütün dünyaya yetərincə Qarabağda göstərə bilən elə Azərbaycanın öz qalib ordusu, digər tərəfdən dünyanın aparıcı güclər arasında yer aldığı Türkiyə ordusu, bir tərəfdən İsrail, bir tərəfdən də “İranı bəyənməyənlər koalisiyası”. Onu da qeyd edək ki, hazırda bu “formal koalisiyaya” onlarla güclü dövlət daxildir.

Bu sözləri ukraynalı politiloq Aleksey Voronenko bildirib.

“Artıq düşünmək belə istəmirəm ki, bu, İran üçün nə demək olar. Bunu hazırda Tehranda oturanlar da çox gözəl anlayır və sözsüz ki, biz yaxın günlərdə İran hakimiyyət qüvvələrini təmsil edən şəxslərin dilindən yumşalmış ritorikanın şahidi olacağıq. Bu bir narazılıq siqnalı idi, İran çox gözəl anlayır ki, Bakının arxasında bütün dünya durduğu zaman, onların arxasında qorxudan titrəyən Ermənistan gizlənir”, – deyə həmsöhbətimiz qeyd edib. / axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password