“Taliban”a qarşı partizan müharibəsi davam edir

 

Pedram: ““Taliban” Əfqanıstanın bütün ərazisinə nəzarət etmir”

Əfqanıstandakı müqavimət qüvvələri Pəncşir və Bağlan əyalətlərində “Taliban” ilə partizan müharibəsini davam etdirir. TASS-ın verdiyi xəbərə görə, bu barədə müqaviməti dəstəkləyən Əfqanıstan Milli Konqres Partiyasının sədri Abdul Latif Pedram bildirib.

Onun sözlərinə görə, müqavimət qüvvələri Pəncşir dərəsindən keçən əsas yolun hər iki tərəfindəki dağ vadilərinə və təpələrə nəzarət edir, lakin keçidin özü “Taliban”ın nəzarəti altındadır.

Pedram partizan müharibəsinin Pəncşir vadilərində və Bağlan əyalətində, xüsusən də Andarab və Marbolat bölgələrində aparıldığına da aydınlıq gətirib. Deyib ki, Əfqanıstan əyalətlərinin əksəriyyətində “Taliban” tərəfindən nəzarət edilməyən ərazilər var.

““Taliban” Əfqanıstanın bütün ərazisinə nəzarət etmir”, – deyə  Pedram əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Əfqanıstanın mərkəzi hissəsində yerləşən Pərvan əyalətində bir sıra güclü partlayışların baş verdiyi, ardınca atışma olduğu barədə məlumatlar yayıldı. Atəşin “Taliban” yaraqlıları ilə onun gücünü tanımayan və əsasən Pəncşir əyalətində onlarla mübarizə aparan müqavimət qüvvələrinin üzvləri arasında açıldığı güman edilirdi.

Xatırladaq ki, hazırda Əfqanıstan Milli Müqavimət Cəbhəsinə rəhbərliyi vitse -prezident Əmrullah Saleh edir. O, Prezident Əşrəf Qaninin qaçması və və vəzifəsindən ayrılmasından sonra ölkənin yeganə qanuni lideri kimi tanınır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password