Gürcüstana qayıdan Saakaşvili meydan oxudu: Tiflisə yürüş başlayır

Gürcüstana qayıdan eks-prezident Mixail Saakaşvili ilk açıqlamasını verib.

O, Gürcüstan hakimiyyətinə qarşı mübarizədən geri çəkilməyəcəyini bildirib.

“Hamımız başa düşməliyik ki, “Gürcü Arzusu”na səs vermək Gürcüstan üçün ölüm hökmünün imzalanması demək olacaq. Ona görə də oktyabrın 2-də hamımızı Gürcüstana xilas etmək üçün seçkiyə getməliyik. Biz oktyabrın 3-də səhər seçkinin nəticələrini müdafiə etmək üçün Gürcüstanın hər yerindən Tiflisə yürüş edəcəyik, mən də bu karvanlardan birinə qoşulacağam.

İstəyim odur ki, sütunlar çox və güclü olsunlar ki, məni dayandıra bilməsinlər. Əgər qəsbkar hökumət məni əvvəllər həbs etməyi bacarmışdısa, indi öz gücümüzü daha da artırmalıyıq. Nə olur-olsun geri çəkilməyəcəyəm və ümid edirəm ki, siz də geri çəkilməyəcəksiniz”, – Saakaşvili bildirib. / teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password