Tiflis gəlmədiyini iddia etdi, Mişa isə video yaydı

 

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili rəsmi olaraq ölkə sərhədinə daxil olmayıb.

Bu barədə “Sputnik Gürcüstan”a Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.

“Exo Kavkaza” saytı Saakaşvilinin Batumidə ola biləcəyi ilə bağlı məlumat yayıb. Məlumatda onun sosial şəbəkələr vasitəsilə əhaliyə müraciət etdiyi və 2 oktyabrda küçələrə çıxmağa səslədiyi bildirilib.

Mixail Saakaşvili də Batumida olduğunu əks etdirən görüntünü sosial şəbəkə hesabından paylaşıb. O bildirib ki, həyatımla risk edərək, Batumiyə gəlib.

Bundan öncə Gürcüstan hökuməti onun ölkəyə girəcəyi təqdirdə dərhal həbs ediləcəyini açıqlamışdı.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password