“Bu, Ermənistanı sülhə məcbur edəcək” – Politoloq açıqladı
“Ermənistan gözləyir ki, ölkədə iqtisadi qiyam qalxsın. Bu müşahidə edilən kimi İrəvan hökuməti qaça-qaça Azərbaycan və Türkiyənin yanına gələcək. Onların başqa əlacı yoxdur”.
Bu sözləri professor Rüstəm Məmmədov deyib.
Onun fikrincə, indi Ermənistanda müşahidə olunan tənəzzül sonda fiaskoya gətirib çıxaracaq:
“Başqa sözlə, belə getsə Ermənistanı sülhə tənəzzül məcbur edəcək. Sözsüz ki, Ermənistanda da insanlar nəsə yeməli, içməlidir. Nə ilə yaşasınlar? Azərbaycanla düşmənçilik, Türkiyə ilə düşmənçilik. Belə düşmənçi siyasət aparmaqla sosial-iqtisadi inkişafa nail olmaq mümkün deyil. İrəvanda ağıllı adamlar bu haqda düşünməlidir. İqtisadi tənəzzül və fiasko sona çatanda onlar üçün çətin olacaq. Onda heç Ermənistanı qəbul edən də olmayacaq”.
Ermənilərin dünyada fanatik millətlər siyahısında olduğuna diqqət çəkən Rüstəm Məmmədov deyir ki, fanatik millət heç vaxt ağıllı olmur:
“Onlar özləri bilmədən gözləyirlər ki, başlarına daha ağır müsibətlər gəlsin və bəlkə bundan sonra ağıllanarlar. Ermənistanda vəziyyət çox pisdir. Hətta müharibə etmək fikrində olanlar da var”.
Politoloq qeyd edir ki, indi Ermənistan sülhə hazır deyil, çünki onlar üçün belə atmosfer yetişməyib:
“Paşinyan da qorxur. Görür ki, sülhə doğru bir addım atsa , onu öldürə bilərlər. Ona görə də düşünür ki, bunun üçün zaman lazımdır. Amma zaman keçdikdə Ermənistan daha geriyə gedəcək və bu gün ona təklif olunanların sabah da ediləcəyinə zəmanət yoxdur”.