Balayoğulları ermənilərə səsləndi: Xəritəyə baxın!

 

Zəngəzur dəhlizinin açılması Ermənistanın mövcudluğunun yeganə təminatıdır. Bu dəhlizi açmaqdan imtina etməklə ermənilər öz ayaqlarına atəş açmış olur.

Bu fikirləri türkiyəli siyasi analitik, hüquqşünas İbrahim Xəlil Balayoğulları bölüşüb.

İbrahim Xəlil Balayoğulları yenə seçkilərə qatıldı – YENƏ ƏLİ MƏSİMLİYƏ  RƏQİB OLDU… – EtikXəbər

“Qoy ermənilər regionun siyasi xəritəsinə diqqətlə baxsınlar. Əsasən də qonşularının etnik tərkibinə diqqət yetirsinlər. Ermənistan Türkiyə ilə (80 milyon əhali), Gürcüstan ilə (sərhəddə türklərin yaşadığı Borçalı), Azərbaycanla (10 milyon əhali), İran ilə (əhalisinin 60%-dən çoxunu türklər təşkil edir) qonşudur. Yəni ermənilər hər tərəfdən bizlərlə – türklərlə əhatə olunub və bizim birliyimiz gündən-günə daha da güclənir, özümüzü bütöv bir yumuruq kimi hiss edirik. Əgər Ermənistan öz inkişafında və ümumiyyətlə mövcudluğunda maraqlıdırsa, qonşulara qarşı ərazi iddialarından əl çəkməlidir. Onların başqa alternativi yoxdur. Əks təqdirdə, Ermənistana yeni və daha sarsıdıcı zərbə vurulacaq”, – deyə ekspert bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password