Putin Şoyqu və Lavrova yeni vəzifə verdi
“Vahid Rusiya”nın seçkiqabağı siyahısının liderləri partiya işində profil komissiyalarına rəhbərlik edəcəklər.
Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Vahid Rusiya”nın seçki siyahısının ilk beşliyinə daxil olan şəxslərlə bu gün keçirdiyi görüş zamanı bildirib.
V.Putinin sözlərinə görə, Uşaq hüquqları üzrə səlahiyyətli nümayəndə Anna Kuznetsova birbaşa Dövlət Dumasının özündə ailələrin və uşaqların qorunması istiqamətini əlaqələndirəcək.
Siyahının liderləri “Vahid Rusiya”da xüsusi olaraq yaradılmış bu komissiyalara rəhbərlik edəcəklər:
Müdafiə naziri Sergey Şoyqu – Şərqi Sibirin inkişafı komissiyası
Xarici İşlər naziri Sergey Lavrov – Beynəlxalq əməkdaşlıq və xaricdəki vətəndaşlara dəstək komissiyası
40 saylı Şəhər Klinik Xəstəxanasının (“Kommunarka”) baş həkimi Denis Protsenko – Sağlamlıq komissiyası
Anna Kuznetsova – Ana, uşaq və ailənin müdafiəsi komissiyası
Yelena Şmeleva, ONF qərargahının həmsədri – Təhsil və elm komissiyası.
Dövlət Dumasına seçkilər 17-19 sentyabr tarixlərində keçirilib. Sentyabrın 21-də MSK səsvermə nəticəsində alınan deputat mandatlarının bölgüsünü açıqlayıb. İlkin məlumatlara görə, “Vahid Rusiya” Dövlət Dumasında 450 yerdən 324 yer alır və konstitusiya çoxluğunu saxlayır (2016-cı ildəki seçkinin nəticələrinə görə – 343). Rusiya Federasiyası Kommunist Partiyası 57 mandat alır (əvvəl 42 idi). “Ədalətli Rusiya – Həqiqət Üçün” 27 (əvvəl 23 idi), Liberal-Demokrat Partiyası 21 (əvvəl 39 idi), “Yeni İnsanlar” 13 deputat yerinə sahib olacaq.